XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Gündüz Əliyev Sumqayıtı “barmağına dolayıb”: Şöbə müdiri şəhəri “ələ keçirib”

Gündüz Əliyev Sumqayıtı “barmağına dolayıb”: Şöbə müdiri şəhəri “ələ keçirib”

Gündüz Əliyev Sumqayıtı “barmağına dolayıb”: Şöbə müdiri şəhəri “ələ keçirib”
21-01-2022, 18:33

Sumqayıtda qəribə vəziyyət yaranıb. JAMAZ.İNFO xəbər verir ki, qəribəliyə səbəb ölkənin üçüncü böyük şəhərinin kim tərəfindən idarə olunması ilə bağlıdır.


Məsələ belədir ki, hal hazırda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı rəsmi olaraq Zakir Fərəcovdur. Lakin onun səhhətində son zamanlar yaranmış problem səbəbindən davamlı olaraq, işə gedib-gələ bilmədiyi deyilir. İddalara görə, Fərəcov xeyli müddətdir xəstəlikdən əziyyət çəkir və mütəmadi olaraq, Almaniya və ya İsraildə müalicə alır. Hətta o da bildirilir ki, icra başçısı ötən ilin sonlarına yaxın əməliyyat belə olunub. Elə bu səbəbdən də Zakir Fərəcovun əksər rəsmi tədbirlərə qatılmadığı, işdə isə yalnız günün birinci yarısı gəldiyi deyilir.

Qayıdaq, Sumqayıtın idarəçiliyinin kimin əlində olması məsələsinə. Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının faktiki olaraq bir neçə müavinləri var. Müxtəlif sahələr üzrə təyinat almış müavinlər icra başçısı olmadığı təqdirdə, şəhərin idarəçiliyini həyata keçirməlidirlər. Lakin faktiki olaraq, Sumqayıtın idarəçiliyini İcra Hakimiyyətinin şöbə müdiri Gündüz Əliyev reallaşdırır.

JAMAZ.İNFO-ya verilən məlumatlarda deyilir ki, Gündüz Əliyev Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiridir. Son zamanlar isə o, bir il bundan öncə vəfat etmiş və postu hələ də boş qalmış müavinlərdən birinin səlahiyyətlərini icra edir. Məlumatlara görə, Əliyev bir ildir ki, müavin olmaq üçün çalışır və bu məqsədlə bir sıra idarəetmə işlərini həyata keçirir. Hətta onun təqdimatının iki dəfə Prezident Admnistrasiyasından geri qaytarıldığına dair xəbərlər də var. Məlumata görə, admnistrasiya Gündüz Əliyevin Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə məqbul hesab etmir.

Qeyd edək ki, Gündüz Əliyev tez-tez bu məsələdən şikayətlənərək, müavin ola bilməməsinin günahını ayrı-ayrı adamlarda axtarır. Hətta İcra Hakimiyyətində çalışan adi işçilərdən belə şübhələnir. Lakin bu problemin yaranmasına səbəb heç də hansısa məmur və ya işçi deyil. Əsas səbəb Gündüz Əliyevin Sumqayıt şəhərindən olan Qazilərlə yola getməməsi və adının bir sıra qalmaqallara qarışmasıdır. Məlumatlı mənbələrin dediyinə görə, hələ ötən il bir qrup Qazini qəbul edən Gündüz Əliyev ilk dəfə onlara müxtəlif vədlər verərək, yola salıb. Lakin bir müddət sonra həmin Qazilər vədlərin yerinə yetirilmədiyi səbəbindən təkrar şöbə müdiri ilə görüşməyə cəhd edirlər. Bu zaman Gündüz Əliyev onlarla kobud davranaraq, qəbul otağından çıxarılmaları barədə göstəriş verib. Həmin vaxt məsələnin sədası Prezident Admnistrasiyasına qədər gedib çatıb. Elə həmin zamandan onun müavin olmaq arzusu xəyala çevrilib.

Lakin Gündüz Əliyevin son bir neçə ayda az qala icra başçısının funksiyasını da mənimsəyərək, bütün sahələrin işinə müdaxilə edir. Şəhərdə daşı daşın üstünə qoymaq üçün də onun icazəsi və “razılığı” alınmalıdır. Həmin “razılığın” alınması isə ayrıca bir həngamədir.

Bildirək ki, Gündüz Əliyevin adın əvvəllər də qalmaqallara qarışıb. Məsələn, onun tender oyunlarının əsas aparıcı simalarından biri olduğu deyilirdi. Elə buna görə də, Sumqayıtda bütün təmir-tikinti işlərinin nəzarətini də ələ keçirməyə nail olmuşdu. Həmin tender oyunları sayəsində imkanlarını genişləndirən sözügedən şöbə müdirinin Sumqayıt Bulvarında qolf stadionu və xeyli sayda restoran və mülkləri olduğu deyilir. Bundan başqa, onun adı “MTN işi”ndə də hallanırdı. İddia edilirdi ki, şöbə müdiri ləğv edilmiş MTN-in rəhbərliyinə aylıq “xərac” verirmiş.

Son zamanlar isə işdə tapılmayan, əsasən Sumqayıt Nəqliyyat MMC-nin binasında əyləşən Gündüz Əliyev bütün qəbullarını oradan həyata keçirir. Onun sözügedən məkana daşınmasının səbəbini isə onunla bağlayırlar ki, Gündüz Əliyev yeni təyinat almış MMC rəhbərinə güvənmir və Fərəcovun gözündən də onu salmağı bacarıb. Özü isə yığılan pulları toplamaqla məşğuldur. İddia edilir ki, nəqliyyat sektorundan toplanan pulların hamısı Əliyevin ixtiyarındadır və onun cüzi bir hissəsini lazım olan adamlara verməklə kifayətlənir.

Bildirək ki, Gündüz Əliyevə qarşı ciddi ittihamlar var. Bu ittihamların da əsas tərəfi Qazilərdir. Onlar Sumqayıtda bir sıra problemlərinin həll edilməməsinin günahkarı kimi, şöbə müdirini görürlər.

Qarşi tərəfin də mövqeyini dərc etməyə hazırıq.

JAMAZ.İNFO

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.