Naxçıvanda müəllimlərin maaşı ARTIRILDI
- 12-01-2022, 09:22
- 634
Bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 2021-ci ilin yekunlarına dair kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz, dövlət peşə təhsili müəssisələrində idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin isə aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb.
Həmçinin, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin hərbi rütbəyə görə aylıq vəzifə maaşlarına da əlavələr edilib.