Almatıda 20 nəfərdən ibarət silahlı dəstə saxlanılıb
- 9-01-2022, 13:00
- 709
Xalqxeber.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.
Saxlanılan şəxslərdən 40-a yaxın silah-sursat götürülüb.
Müsadirə edilən silahlar sırasında 25 Makarov tapançası, 5 Kalaşnikov avtomatı, tüfəng və ov tüfənginin olduğu qeyd edilir. Həmçinin, onlardan müxtəlif çaplı 500 patron götürülüb.