“Zavod” çörəyi bu gündən yeni qiymətə satılır
- 6-01-2022, 11:56
- 771
Xalqxeber.az bildirir ki, artıq bütün çörək satan mağazalarda "zavod” çörəkləri yeni qiymətlərə təklif edilir.
Qeyd edək ki, çörəyin qiymətinin artırılacağı bir neçə gün öncədən bəlli idi. Bir neçə gün öncə iri un və çörək
istehsalçıları müraciət qəbul edərək 50 kq-lıq unun qiymətinin 26 manatdan 36 manata, "zavod” çörəklərinin qiymətinin isə 10-15 qəpik qalxacağını bildirmişdilər.
Bahalaşmaya əsas səbəb kimi, xaricdə buğdanın qiymətinin kəskin artması göstərilir.