Gəncədə dostunu bıçaqlayan şəxs tutuldu - YENİLƏNİB

Gündəm / Hadisə


Gəncədə dostunu bıçaqlayan şəxs tutulub. 

Xalqxeber.az xəbər verir ki, hadisəni 1985-ci il təvəllüdlü Zahir Həsənov törədib.
Şübhəli Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşların keçirdikləri əməliyyat zamanı saxlanılıb. O, ilkin ifadəsində cinayyəti törətdiyini etiraf edib.
Faktla bağlı araşdırma aparılır. 
***20:49
Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Xalqxeber.az xəbər verir ki, şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınan hadisədən sonra 1971-ci il təvəllüdlü M.Hüseynov 2 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. 
Xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, adıçəkilən şəxs dostu tərəfindən bıçaqlanıb.