Azərbaycan 21 dustağı İrana ekstradisiya edəcək - Səfir

Gündəm / Siyasət


“Azərbaycan 21 dustağı İrana təhvil verəcək".

Bunu İranın Azərbaycandakı səfiri Abbas Musəvi deyib.

Diplomat deyib ki, İran XİN başçısı Hüseyn Əmir Abdullahiyanın Azərbaycana səfərindən sonra səfirliyin səyi və Azərbaycan rəsmilərinin humanistliyi ilə bu ölkədə həbsdə olan 21 İran vətəndaşı ölkələrinə təhvil veriləcək. Onlar yaxın günlərdə İrana göndəriləcək.
Səfir bildirib ki, təhvil veriləcək dustaqlardan üçü qadındır.