Əmək pensiyalarının artırılması TƏKLİF EDİLİR - 2025-ci ilədək...
- 29-12-2021, 12:35
- 998
Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov "2021-ci ilin yekunlarına dair" mətbuat konfransında deyib.
O bildirib ki, minimum əmək haqqı ilə əmək pensiyası arasında bağlılıq var: "Bu balans qorunmaqla artım həyata keçirilir. 2025-ci ilə qədər əmək pensiyalarının artırılmasıyla bağlı təkliflər təqdim olunacaq".
O qeyd edib ki, əmək pensiyalarının orta aylıq məbləği gələn il üçün 345 manat, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 375 müəyyən edilib, əmək pensiyalarının minimum məbləği isə hələlik proqnozlaşdırılmayıb", - deyə sədr əlavə edib.
Onun sözlərinə görə, gələn il üçün DSMF-nin xərcləri 5307 mln. manat proqnozlaşdırılıb.