Almaniya Dağlıq Qarabağ və 7 ətraf rayondakı vəziyyətdən narahatdır
- 20-05-2017, 10:37
- 117 402
Mixael Rot Rusiyanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyini bildirib.
Diplomat habelə Rusiyanınilhaq etdiyi Krımda beynəlxalq hüquq normalarının pozulduğu, Donbassın separatçıların nəzarətində olan bölgələrində insan haqları və beynəlxalq hüquq normalarına əməl olunması ilə bağlı vəziyyətin ciddi narahatlıq doğurmaqda davam etdiyini deyib.
“Avropa Şurasının insan haqları üzrə müvəkkilinin və digər monitorinq institutlarının bu regionlara qeyri-məhdud çıxış imkanlarını təmin etməyin vaxtı çatıb”-alman diplomat bildirib.
Mixael Rot bildirib ki, bu çağırış Gürcüstana məxsus Abxaziya və Cənubi osetiyaya, Dnestryanı bölgəyə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə və yeddi ətraf rayonuna da aiddir. Diplomat Avropa Şurasının bu regionlardakı vəziyyəti monitorinq etməsinə imkan yaradılmasına çağırıb və Baş katib Turborn Yaqlandı öz səylərini bu istiqamətdə qətiyyətlə davam etdirməyə səsləyib.