Avropada qazın qiyməti tarixi rekord vurub
- 21-12-2021, 22:27
- 606
Londonun “İCE Futures” birjasında keçirilən hərracda TTF qovşağında yanvar fyuçerslərinin qiyməti hər min kubmetr üçün 2107 ABŞ dolları səviyyəsində ticarəti başa vurub.
Beləliklə, qazın qiymətinin ümumi artımı təxminən 23% təşkil edib.
Qeyd edək ki, Avropada qazın qiymətinin sürətlə artması səhər saatlarından başlayıb. Bu günün rekord qiyməti isə 2190,4 ABŞ dolları təşkil edib.