“Omikron” Gürcüstana da çatdı
- 20-12-2021, 19:00
- 493
Xalqxeber.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
Onun sözlərinə görə, infeksiya xaricdən gələn iki nəfərdə qeydə alınıb:
“Onlar ABŞ və Yaxın Şərqdən gələn iki Gürcüstan vətəndaşıdır. Hər ikisi təcrid olunub. Hazırda onların ünsiyyətdə olduğu 26 nəfər araşdırılır”.
Xatırladaq ki, koronavirusun “Omikron” variantına digər qonşularımız- Türkiyə, Rusiya və İranda da rast gəlinib.