Azərbaycanda öz ərizəsi ilə işdən çıxanlara müavinət verilə bilər
- 20-12-2021, 17:32
- 549
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.
O bildirib ki, gələcəkdə öz ərizəsi ilə çıxan və bir müddət işsiz qalan şəxslərə hər hansı bir şəkildə sosial müavinət və ya dəstək verilə bilər.