Çavuşoğlu Ceyhun Bayramovla görüşdü
- 19-12-2021, 13:00
- 555
Xalqxeber.az xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri özünün tvitter hesabında məlumat paylaşıb.
“İslam Əməkdaşlıq Təşkilatının iclasında iştirak etdiyim İslamabadda Azərbaycanın xarici işlər naziri, can qardaşım Ceyhun Bayramovla Qafqazda baş verənləri müzakirə etdik. Bölgəmizdə normallaşmanın hər mərhələsində birlikdə hərəkət etməyə davam edəcəyik”, - Mövlud Çavuşoğlu qeyd edib.