Doktoranturalar yaradılan ali məktəblərlə bağlı dəyişiklik
- 17-12-2021, 20:14
- 475
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, “Biologiya və Tibb elmləri bölməsi”nin 7-ci hissəsinin 4-cü sütununa “elmlər doktoru üzrə” sözləri əlavə edilib.
“İctimai elmlər bölməsi” üzrə 2.1. 2-ci hissədə “Arxeologiya və Etnoqrafiya İnstitutu” sözləri “Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu” sözləri ilə əvəz edilib.
2.2. 3-cü hissədə “Fəlsəfə İnstitutu” sözləri “Fəlsəfə və Sosiologiya İnstitutu” sözləri ilə əvəz edilib.