BSU müəllimləri maaşların azlığından narazıdır - GİLEY
- 14-12-2021, 10:54
- 533
Azinforum.az-ın əldə etdiyi məlumata görə, belə vəziyyət BSU müəllimlərinin ciddi sosial sıxıntılarla üzləşməsinə səbəb olub. Problem ondadır ki, bir sıra ali təhsil ocaqları müəllimlərin maaşlarını artırdığı halda, BSU rəhbərliyi ümumiyyətlə bu barədə düşünmür. Üniversitetdə orta aylıq əmək haqqı 330 manatdır. Üstəlik bunu da tam ala bilbirlər.
Məlumat üçün qeyd edək ki, Gəncə Dövlət Universitetində tam ştatda olan müəllim orta hesabla 503 manat məvacib alır. Azərbaycan Dövlət İqtisad Universitetində orta aylıq əmək haqqı 1166 manat, Dövlət Pedaqoji Universitetində bu 600 manat, Azərbaycan Dövlət İdman Akademiyasında 600 manatdır.
Ümid edirik ki, BSU rəhbərliyi insafa gəlib müəllimlərin məvacibini artıracaq.
Azinforum.az