Türkiyə səfiri və hərbi attaşe Qarabağdakı Monitorinq Mərkəzinə baş çəkiblər

Gündəm / Siyasət


Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, həmçinin səfirliyin Hərbi Attaşesi, briqada generalı Zəkəriyyə Yalçın işğaldan azad edilmiş torpaqlarda atəşkəsin qorunub saxlanılması üçün Türkiyə ilə Rusiya arasında 11.11.2020-ci il tarixdə imzalanmış müqaviləyə uyğun yaradılmış “Birgə Monitorinq Mərkəzi”nə baş çəkiblər.

Xalqxeber.az xəbər verir ki, bu barədə səfir öz tviter hesabında yazıb.

Mərkəzin fəaliyyəti barədə türkiyəli rəsmilərə məlumat verilib.