Güclü külək əsəcək, intensiv yağış və qar yağacaq - XƏBƏRDARLIQ
- 10-12-2021, 18:10
- 595
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Qeyd olunub ki, yağışın intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Şərq küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcək.