"Anamı apardılar xəstəxanaya, başına oyun açdılar" - GİLEY
- 9-12-2021, 22:01
- 588
Lakin onun oğlu Səlimov Vüsal Sonxeber.az-a açıqlama verərək bildirib ki, əslində anası yaxşı imiş və həkim səhlənkarlığından vəfat edib:
"Mən Səlimov Vüsal Kamran oğluyam. Anam Səbirə Səlimova oktyabrın 20-də xəstələnib və ayın 29-da xəstəxanaya yerləşdirilib. Bu gün isə artıq noyabrın 29-dur. Bir aya yaxın müddətdə anam xəstəxanada oldu. Palatada onun vəziyyəti 9 gün yaxşı idi. Noyabr ayının 7-si isə reanimasiyaya düşdü və 18-19 gün orada qaldı. Anamın ürəyi dayandı, elə gecə ilə aparıb dəfn etdik.
O, Zığda yerləşən Modul tipli xəstəxanada yatırdı. Deyirlər ki, anam orada qısa zaman ərzində qalıb, halbuki bir aya yaxın xəstəxanada oldu. Anamı apardılar xəstəxanaya, başına oyun açdılar. Heç bir tədbir görülmədi".
Qarşı tərəflə əlaqə saxladıq və bizə məsələnin araşdırılacağını dedilər.