Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI
- 9-12-2021, 17:08
- 615
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.
Xatırladaq ki, 08 Dekabr 2021-ci il tarixində 1210 yoluxma faktı və 15 ölüm qeydə alındığı açıqlanmışdı. 13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 060 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 733, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 358, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 969 nəfərdir.