Bakıda 11 yaşlı uşağı motosiklet vurdu
- 5-12-2021, 10:40
- 937
Xalqxeber.az ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Motosiklet yolu keçən 2010-cu il təvəllüdlü Kərimov Kamran Rəşad oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ dirsək nahiyəsinin sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.