Mirmövsüm Ağa ziyarətgahını biznes obyektinə çeviriblər
- 4-12-2021, 16:41
- 531
"Mirmövsüm ağa ziyarətgahına getmək istəyənlərin diqqətinə
Qohumlar Mirmövsüm ağa ziyarətgahına qurbanlıq aparıblar.
Hacı Nizam adlı şəxs aparılan qurbanlığı orda kəsməyə icazə verməyib. Səbəb kimi isə deyib ki, burada yalnız ziyarətgahda saxlanılan qoyunlar qurban kəsilə bilər. Üstəlik də bu hacı qanun qoyub ki, ziyarətgahda yalnız 8 aylıqdan yuxarı, 10 kq-dan çox olan heyvanı qurban kəsmək olar. Ziyarətgahda satılan heyvanlar isə çox baha qiymətədir.
Həmin şəxsin danışığını da eşitdim, hacıya layiq danışıq deyildi, ziyarətçilərlə çox kobud danışırdı.
Mirmövsüm ağa ziyarətgahının biznes obyekti kimi işlədilməsini bir neçə dəfə eşitmişdim, amma bu qədərini də bilmirdim. Orda kəsilən qurbanlıqların kəllə, dırnaqları, iç orqanları, qarını, dərisi və yunu sonradan satılır, hətta xaricə belə göndərilir. Amma qurban kəsmək istəyən niyə mütləq ziyarətgahdan baha qiymətə qurban almalıdır, onu anlaya bilmədim.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi - Bakı şəhəri üzrə şöbə
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
Qafqaz Müsəlmanları İdarəsi,
bu məsələyə zəhmət olmasa aydınlıq gətirin. Hal-hazırda qohumlar ordadır və apardıqları qurbanı kəsməyə qoymurlar.
P.S. Qurbanı həyətinizdə kəsin və imkansızlara, kasıblara paylayın. Zİyarətgahları biznes obyekti kimi istifadə edənləri varlandırmayın".
Elnurə Abuşova