SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » İsmayıl Zalov: Bəzi qüvvələr DİN əməkdaşlarının gördükləri əvəzolunmaz işləri kölgə altına salmağa çalışırlar

İsmayıl Zalov: Bəzi qüvvələr DİN əməkdaşlarının gördükləri əvəzolunmaz işləri kölgə altına salmağa çalışırlar

Tarix:

2-12-2021, 18:24

/ 709 dəfə oxundu.
İsmayıl Zalov: Bəzi qüvvələr DİN əməkdaşlarının gördükləri əvəzolunmaz işləri kölgə altına salmağa çalışırlar

Dekabrın 1-də Bakının Fəvvarələr meydanında hazırda həbsxanada 26 gündür aclıq aksiyası keçirən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlinin azadlığa buraxılması tələbi ilə aksiya keçirilib.
Hüquq müdafiəçilərinin təşkilatçılığı ilə keçirilən etiraz aksiyasında “Saleh Rüstəmliyə azadlıq!”, “Saleh bəyi öldürməyin, azad edin!” şüarları səsləndirilib. 
Aksiyanı keçirməyə cəhd edən bir qrup şəxslər qanunu kobud şəkildə pozub. Qanunsuz aksiya keçirməyə cəhd göstərən şəxslər polis tərəfindən saxlanılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar. Lakin polisin qanuni tələbinə məhəl qoymayan bir neçə şəxsə inzibati cəza verilib. 
Ötən gün keçirilən qanunsuz və razılaşdırılmamış aksiya ilə bağlı hüquq-eksperti İsmayıl Zalov mövqeyini bildirib. 
“Xüsusilə qeyd edim ki, aksiya pandemiya dövrünə təsadüf etdiyi üçün razılaşdırılmayıb və çox hörmətli DİN əməkdaşları tərəfindən qarşısı qətiyyətlə alınıb. Bu gün özünü “müxalifət” adlandıran şəxslər ölkədə siyasi məhbus olduğunu bildirirlər. Mən qətiyyətlə deyə bilərəm ki, ölkədə siyasi məhbus yoxdur. Syasi məhbus kimi təqdim edilən şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar. Azərbaycan demokratik ölkədir və dövlətimiz qanunlarla idarə olunur. Ölkədə ara qarışdırmağa cəhd göstərən bəzi qüvvələr istəklərinə nail ola bilməyəcəklər. Çünki Azərbaycan gücünü və nüfuzunu bir daha dünya ölkələrinə sübut edərək, düşmən üzərində qələbə çaldı. Ölkə başçımızın siyasi savadı və əzmkarlığı həmçinin  qətiyyətli mövqeyi Azərbaycanı dünyaya lider ölkə kimi tanıtdıraraq, beynəlxalq siyasətçiləri lərzəyə gətirdi. 
44 günlük Vətən müharibəsi bir daha qalib Azərbaycan Ordusunun gücünü dünyaya göstərərək, dəmir yumruğun yerində olduğunu bəyan etdi. 
Amma içimizdə olan bəzi mənfurlar ordumuzun qələbəsini kölgədə qoymağa və ölkədə çaxnaşma yaratmağa çalışırlar. Mən hüquq-eksperti olaraq, Daxili İşlər Orqanları əməkdaşlarının qətiyyətli və əzmkarlıq nümayiş etdirərək, qanununsuz aksiya keçirənlərin qarşısının alınmasında şücayət göstərmələrini yüksək qiymətləndirirəm. Həqiqətən də general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Naziri təyin olunduqdan sonra polis ilə vətəndaş arasında böyük vəhdət yaranıb. Bu gün Azərbaycan Polisi xalqın keşiyində şərəflə dayanaraq, onların hüquqlarını qoruyur və bərpa olunmasında böyük səy göstərir. Danılmaz faktdır ki, Vilayət Eyvazovun DİN rəhbərliyi dövründə cinayərkarlığın həmçinin narkobaronların qarşısının alınçasında və tutularaq, cinayət məsuliyyətinə cəlb olunmasında böyük işlər görülüb. Amma bəzi qüvvələr DİN əməkdaşlarının gördükləri əvəzolunmaz işləri kölgə altına salmağa çalışırlar və polisin nüfuzuna xələl gətirmək istəyirlər. Bu heç bir zaman baş tutmayacaq. Ona görə ki, polis əməkdaşları günahı olmayan şəxsləri cəzalandırmır və cinayət məsuliyyətinə cəlb etmir. Dediklərimin əyani sübutudur ki, pandemiya dövründə DİN əməkdaşlarının gecə-gündüz yorulmadan ölkə vətəndaşlarının keşiyində duraraq, dünyanı cənginə alan Covid19 bəlasının ölkəmizdə geniş yayılmasının qarşısını əzmkarlıqla almağı bacardılar. Bir daha bildirirəm ki, Tofiq kimi özünə şər atan “müxalifət”çilərin dövrü bitib və cəmiyyət onların iç üzünü gözəl bilir. Odur ki, DİN əməkdaşlarını ləkələməyə yönəlmiş addımlar atmaqdan əl çəksinlər və qanuna əməl etməyi unutmasınlar.

Şərhlər

XƏBƏR LENTİ