Şəhid kapitanın xanımı iki ay əvvəl atasını da itiribmiş... - Fotolar
- 1-12-2021, 23:09
- 628
Xalqxeber.az xəbər verir ki, Cavid Əhliman oğlu Bayramlı 1994-cü ildə Naxçıvanın Şahbuz rayonunda anadan olub.
“Bizim.Media”nın məlumatına görə, Cavid Bayramlının həyat yoldaşı Nuray iki ay əvvəl atasını itirib. Onların bir qız övladı var. Ailə Yasamal rayonunda yaşayıb.
Dünən helikopter qəzası ilə bağlı məlumat yayılandan sonra sosial şəbəkələrdə şəhid olan hərbçilərimizlə bağlı görüntülər paylaşıldı. Yayılan görüntülərin birində kapitan Cavid, “Mən indi gedirəm, öpürəm, mənimlə fəxr etsin hamı”, - demişdi...