Xaraba günə qalan YARDIMLI... - İnanırıq ki, cənab İlham Rzayevdən bütün bunların hesabını soruşan tapılacaq…
- 26-11-2021, 10:00
- 620
Əcaba, bu səlahiyyət sahibinin şəhərin abadlıq-quruculuq işlərindən başqa hansı öhdəlikləri ola bilər?! Bunu elə-belə, sözgəlişi qeyd etmirik, çünki Yardımlı şəhərinin hazırki mənzərəsinə baxanda acınacaqlı vəziyyət “göz oxşayır”, ürək bulandırır. Sanki ilərdir burada daşı daş üstə qoyan olmayıb. Və sakinlərin şikayətlərinə də heç bir diqqət ayrılmayıb.
Yardımlıda yol
Əslində onunla görüşməyə can atmaqda məqsədimiz real vəziyyətə aydınlıq gətirməkdir. Ancaq İlham Rzayev olub atlı, biz qalmışıq piyada. Nə bilmək olar, bəlkə də bu sətirləri oxuyandan sonra insafa gəlib bir açıqlama verdi.
Biz şəkillər vasitəsi ilə şəhərin üç mərkəzi küçəsinin bu günkü drumunu təqdim edirik.
İnanırıq ki, cənab İlham Rzayevdən bütün bunların hesabını soruşan tapılacaq…
1-ci 2-ci şəkillər Vəli Məmmədov küçəsini, 3-cü, 4-cü şəkillər Şəhid Vüqar Nəciyev küçəsini, 5-ci, 6-cı şəkillər isə Daşkənd küçəsini əks etdirir.
P.S. Bu küçələr Xəzər Aslanovun da, Sevindik Hətəmovun da dövründə həmin gündə olub. Bu problem uzun illərin problemidir və İlham Rzayevin yarıtmaz işinin nəticəsidir. Başçılar bir-birini dəyişir, amma dəyişməz qalan İlham Rzayev və onun biganəliyidir.
Elman Eldaroğlu //bizimyol.info//