Azərbaycanda 5,1 bal gücündə zəlzələ OLDU
- 20-11-2021, 18:00
- 924
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 16:46-da qeydə alınıb.
Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 5.1-ə bərabər olub. Yeraltı təkanlar episentrdə 5, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.