Gəncənin məktəblərində niyə istilik yoxdur? - UŞAQLARA SOYUQDUR...
- 19-11-2021, 09:53
- 552
Adının çəkilməsini istəməyən valideyinlərin bildirdiyinə görə, məktəb direktoru qazanxana sisteminin ayın sonunda işə düşəcəyini bildirərək siniflərdə elektrik plitələrindən minimum istifadəyə şərait yaradıb. Bu da məktəbdə elektrik enerjisində ağırlaşmaya səbəb olub, hər an baş verə biləcək qısaqapanma kimi təhlükə mənbəyinə çevrilib.
Şəhər üzrə əksər məktəblərdə anoloji halın hökm sürdüyü bildirilir.
Məsələ ilə əlaqədar Gəncə Təhsil İdarəsindən zənglərimizə cavab verən tapılmadı...