Masallıda qoçuluq edən məmur KİMDİR? - İDDİA

Gündəm / Cəmiyyət


Redaksiyamıza Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin İşçilərinin verdiyi məlumata görə, Mərkəzin direktoru Adəm İsmiyev bir neçə gün öncə keçirdiyi iclasda işçilərə "Gedin batmış əkinləri öz hesabınza bərpa edin! Mənim arxamda "duranlar" vardır. Əgər onlar olmasaydı, o zaman mən bu 2 ay ərzində bu şikayətlərin qarşısında tab gətirə bilməzdim.
Məndən qoy nə qədər yazırlar yazsınlar, onsuz da onların şikayətlərinə baxan yoxdur".
Adəm İsmiyev dövriyyədə olub, amma faktiki olmayan əkinlərin yerlərində əkin aksiyaları keçirdir.
Adəm müəllim ümumiyyətlə meşə sahəsində naşı bir kadrdır, əgər soruşsanız belə qırma sahələri, örtülü meşə, təbii bərpa və s. nədir?. Əmin olun ki, heç birinə cavab verə bilməyəcək.

Bu iş isə bir başa dövləti aldatmaq deməkdir.
Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov və cinayətkar dəstəsi Dövləti belə aldadaraq statiskalar saxtalaşdırırlar.

Onlar gec-tez elədiyi cinayətlərə görə qanun qarşısında cavab verməli olacaqlar.

Qarşı tərəfində mövqeyin dinləməyə hazırıq
//azinfo.tv//