"Rektor deyir, ya universitetə gəlin, ya da pul ödəyin gəlməyin" - Koronavirus xəstələri HARAY ÇƏKİR
- 16-11-2021, 22:38
- 452
Adının çəkilməsini istəməyən mənbənin Bizimyol.info-ya verdiyi məlumata görə, universitetin Covid-19-a yoluxmuş müəllimləri və tələbələri, universitetin rektoru İbrahim Cəfərov tərəfindən dərsə gəlməyə məcbur edilir.
“Tələbələrdən və müəllim heyyətindən Covid olanlar var. Bəzi tələbələr qorxusundan dərsə gələ bilmir. Rektor da onları qovmaqla hədələyir. Deyirlər ki, ya dərsə gəlin, ya da pul ödəyin gəlməyin”,-deyə müraciətdə bildirilir.
Sonda isə qeyd olunub ki, Təhsil Nazirliyinə dəfələrlə bu barədə məlumat verilib, lakin məsələyə baxan yoxdur.
Məsələ ilə bağlı Gəncə Aqrar Universiteti ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz uğursuz alındı.
Bizimyol.info