Qeyri-iş günləri ilə bağlı Əmək məcəlləsinə dəyişiklik edilə bilər
- 12-10-2021, 12:48
- 410
Bunu Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Müstəqillik Günü haqqında” qanun layihəsininin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, qanunla bağlı Əmək Məcəlləsinə də dəyişiklik ediləcək: ““Bu layihə qəbul olunandan sonra yəqin ki, Əmək Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı layihə gələcək. Amma düşünmürəm ki, bu konkret bayram gününə hesablanmış dəyişiklik olacaq. Bu texniki dəyişiklik olacaq”.