Nazir bu təhsil şöbəsinə yeni müdir TƏYİN ETDİ - FOTO

Gündəm / Cəmiyyət


Ağdam Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Tahir Abbasov təyinat alıb.

Qeyd edək ki, o, bu təyinatadək Ağdam Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.