Arzu Rəhimov kadrları ilə MARAQLANIR? - Daha bir ŞİKAYƏT...
- 24-09-2021, 18:01
- 412
Rayon səfərbərlik və hərbi xidmətə çağırış idarəsinin rəisi Əfran Nəbiyev bizi incidir.Deyir ki,bu sənəd saxtadır və gedin Göyçaydan yeni sənəd gətirin.
Elə həmin mövzu ilə bağlı Coşqun Fərzəliyevin nənəsi Rəhimə Fərzəliyeva yenidən saytımıza müraciət edərək səfərbərlik idarəsinin rəisi Əfran Nəbiyevdən şikayətçi olduqlarını bildirirlər.
Rəhimə Fərzəliyeva baş verənlərə öz münasibətini bildirməklə yanaşı, rayon səhiyyəsinin fəaliyyətini də sərt şəkildə tənqid edib,onları əlbir olmaqda ittiham edir.
Yekunda şikayətçi dövlət başçısından kömək istəyir və bu kimi qanunsuz əməllərinə görə adı çəkilən rəsmilərin cəzalandırılmasını tələb edir.
Mənim nəvəm hərbi xidmətə yararsızdır.Əfran Nəbiyevin məqsədi nədir ki,nəvəmi hərbi xidmətə göndərmək istəyir?
Redaksiyadan:Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //azinfo.tv//