ŞOK IDDIA! SABUNÇUDA GEOFİZİKANIN ƏRAZİSİ SATILDI ! EKOLOJİ GENOSİD ! YENƏ ADİL VƏLİYEV
- 19-09-2021, 14:21
- 630
Görüntülərdən məlum olur ki, həqiqətən də bu ərazidə qazıntı işləri aparılır. Həmçinin şam ağaclarının məhv edilməsi də açıq şəkildə görünür. Ərazidə yaranan vəziyyət heç də xoşagələn deyildir. Sual olunur, Sabunçu rayonunda ekoloji genosidə məruz qalan ərazilərə kimlər nəzarət edir? Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər aidiyyatı dövlət qurumları hara baxır? Niyə baş verənlərə göz yumurlar? Sabunçu rayon ərazisində, xüsusilə Dövlət parkında və Geofizikanın ərazisində baş verənlər niyə araşdırılmır? Vəzifəyə təyinat alan bəzi məmurların şəxsi mənfəətləri üçün aid olduqları rayonlarda qanunsuz əməllərinin qarşısı niyə alınmır?
Gec-tez bu qanunsuz əməllərə yol verənlər cəzalarını alacaqlar. Axı nəüçün vaxtında məlumat verdiyimiz halda qanuni tədbirlər görülmür?
Sabunçu rayon İcra Başçısının və Birinci müavinin əmlak siyahılarına baxanda insanı dəhşət bürüyür. Güloğlan Məmmədovun ailə üzvlərinin adına olan əmlak siyahısı sayıtımızda dərc olunub. Növbəti gün İcra Başçısı Adil Vəliyevin əmlaklarının siyahısı dərc olunacaq.
Əminik ki, bu reportajımızdan sonra aidiyyatı təşkilatlar hərəkətə keçəcək və lazımi qanuna müvafiq tədbirləri görəcəklər. Qarşı tərəf mövqeyini bildirərsə işıqlandırmağa hazırıq. Növbəti reportajımız Anaşkin adlanan ərazidən olacaq. Araşdrmalarımız davam edir.
ÜmidTv Azərbaycan.