Rafiq Cəlilov əmlak saxtalığı, korrupsiyasına görə başçı təyin edilib? - FOTO
- 15-09-2021, 10:39
- 517
Teref.az xəbər verir ki, bunu saytımıza yazılı məqalə ilə müraciət edən müəllif yazır. Müəllif daha sonra yazır:
Fakt? Qarabağ qazilərinə sahibkarlıqla məşğul olmağa icra hakimiyyəti orqanları tərəfindən qeyri -yaşayış otaqlarının ayrılması 31 may 2018-ci ilə kimi qüvvədə olan 25.08.1992-ci il tarixli “Əlillərin sosial müdafiəsi haqqında” qanunun 30-cu maddəsi ilə doğrulanan hüquqdur. Lakin dövlət əmlakının yiyəsi olan ƏMDK qeyri-yaşayış otağının balanssaxlayıcısı sayılan rayon icra hakimiyyətinin (RİH) razılıq məktubunu tələb edir və RİH -lə də sövdələşmə qarşısında əlillərin hüququna qadağa qoyur(du). Nizami rayonu, Bəhruz Nuriyev -10a ünvanındakı əvvəllər 25 saylı Dairə Seçki Komissiyasının yerləşdiyi qeyri-yaşayış otağını sahibkarlıq amacı ilə icarəsinə götürmək istəyən Qarabağ qazisinin istəyinə Nizami RİH və ƏMDK razı olmadıqlarından 13 il qabaq Xətai məhkəməsində iddia qaldırılıb. Xətai məhkəməsi 26.05.2009-cu il tarixli 2 (011)-451/09 saylı qətnamə ilə qazinin iddiasını otaqların ayrılması hissəsində təmin edərək , maddi -mənəvi ziyanın ödənilməsi hissəsində təmin etməyib. Borclu ƏMDK və Nizami RİH (MKTB ) artıq 13-cü ildir dövlətin adından çıxarılan məhkəmə qərarını icra etməkdən imtina edirlər. ƏMDK -nın sədr müavini Rafiq Cəlilov iki ildən sonra 17.03.2011 tarixli məktubla icradan imtinanı Nizami rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin (MKTB) üzərinə qoyulan öhdəliyi yerinə yetirməməsi ilə izah edib : “ BAKI ŞƏHƏRİ, NİZAMİ RAYONU, B. NURİYEV -10 A ÜNVANINDA YERLƏŞƏN QEYRİ – YAŞAYIŞ SAHƏSİNƏ DAİR XƏTAİ RAYON MƏHKƏMƏSİ TƏRƏFİNDƏN QƏBUL EDİLMİŞ 26.05.2009-cu il tarixli QƏTNAMƏNİN İCRA EDİLMƏMƏSİ İLƏ BAĞLI. ... BİLDİRİRİK Kİ, ...QƏTNAMƏNİN BİRLİYƏ (MKTB -M. B.) AİD HİSSƏSİNİN İCRASI AİDİYYATI İCRA ŞÖBƏSİ TƏRƏFİNDƏN TƏMİN EDİLDİKDƏN SONRA SİZİNLƏ İCARƏ MÜQAVİLƏSİNİN BAĞLANMASI MƏSƏLƏSİNƏ KOMİTƏ TƏRƏFİNDƏN BAXILA BİLƏR. “ Fikir verin, Rafiq Cəlilov dövlətin adından çıxarılan məhkəmə qərarını “JEK”-dən aşağıda tutur. Əmlakın yiyəsi ƏMDK olduğu halda, “JEK”-in əmlak üzərində və ümumiyyətlə sərəncam vermək hüququ olmadığı halda, borclu ƏMDK-nın qeyri – yaşayış sahəsini “JEK”-in icazəsi olmadığından qazinin icarəsinə belə verməkdən imtinası həm ayrı-seçkilikdən, həm də korrupsiyadan soraq verir . Bir yandan da Ədliyyə Nazirliyinin (ƏN) icra şöbələri rüşvəti məhkəmə qərarından da, dövlət adından da yuxarıda tuta, ƏN-in Xətai icra şöbəsinin rəisi Vüqar Qasımov ilə borclu Nizami RİH-in başçısı Arif Qasımov doğma qardaşlar ola, əlbəttə, Rafiq Cəlilov əmlak saxtalığında on illərlə at oynadar. Qeyri – yaşayış otağını qazinin icarəsinə belə verməyə qıymayan borclu ƏMDK -nın sədr müavini sədrin adından köhnə tarixə saxta şəhadətnamə ( saxtalığı sədrin imzası yerində Rafiq Cəlilovun “həşəmətli” imzasının olması sübut edir ) surəti (?) ilə B. Nuriyev- 10a ünvanındakı 94 kv.m.-lik qeyri-yaşayış sahəsinin 8200 manata rayon sakini olmayan 14 yaşlı Aydın Hüseynova satıb. Sözügedən saxtalıq, ayrı-seçkilik, korrupsiya faktı, heç şübhəsiz elə sədr Kərəm Həsənovun razılığı ilə baş verib və hələ də sürür. 2 ildir Prezident köməkçisi səviyyəsində.
Cəlilabad rayonu Kərəm Həsənovun rayonudur, yəqin keçmiş müavini Rafiq Cəlilovun təqdimatını da o verib. Nə yaxşı , Bakının Nizami rayonuna başçı kürsüsünə oturmaq çabası alınmayıb. Məhkəmənin qaziyə verdiyi otaqların açarı Rafiq Cəlilovdan Nizami RİH başçısına verilib və hələ də bağlıdır .
Məğrur Bədəlsoy
Teref.az olaraq məqalədə iddia edilən məsələlərlə bağlı adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq!
Teref.az