Bankın qarşısına vurulan elan müzakirələrə səbəb oldu - Foto
- 5-09-2021, 14:00
- 428
“COVID-19 əleyhinə peyvənd olunmayan təqaüd, pensiya və ünvanlı sosial yardım alan şəxslərin vəsaiti dayandırılacaq”, - elanda qeyd olunub.
“Qafqazinfo” məsələ barədə ABB-yə sorğu ünvanlayıb.
Bankdan sorğumuza cavab olaraq bildirilib ki, belə bir tələb yoxdur:
“Bu təşəbbüs Bank tərəfindən olmayıb. Hazırda məsələni aydınlaşdırmağa çalışırıq. Müştərilər hər zamankı qaydada xidmət və məhsullarımızdan yararlana bilərlər”.