İlham Əliyev yeni hərbi şəhərciyin açılışında iştirak etdi
- 23-01-2017, 11:24
- 2 549
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.
Dövlət başçısı İlham Əliyev əvvəlcə Azərbaycan Ordusunun inkişafında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub.
Ali Baş Komandan İlham Əliyev hərbi şəhərciyin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev hərbi şəhərcikdə yaradılan şəraitlə tanış olub.
Sonra dövlətimizin başçısı, Ali Baş Komandan hərbi qulluqçularla görüşüb.