Şəhid bulağının açılışına getməyən gənc icra başçısı həftə sonları Bakıda kef edir
- 24-08-2021, 14:38
- 620
"Xalqxeber.az" PİA.aza istinadən xəbər verir ki, Aslan İsmayılov icra başçısını şəhid ailələrinin və qazilərin problemlərinə biganə olmaqda ittiham edib:
“Bir çoxları haqlı olaraq 44 günlük Vətən Müharibəsində şəhid olmuş, sağlamlıqlarını itirmiş müharibə iştirakçılarına və ailələrinə qarşı olan biganəlikdən şikayət edirlər. Yerli icra hakimiyyətləri özlərini elə aparırlar ki, sanki onlara qayğı göstərmək onların borcu deyil, əksinə şəhid ailələri və müharibə veteranları onlardan xahiş etməli və yalvarmalıdırlar. Bircə faktı diqqətinizə çatdırım.
Ağstafa rayonunun İcra başçısı 36 yaşlı Seymur Orucov bir dəfə də olsun bu problemlərin həllində hansısa addım atmayıb. Böyük Kəsik kənd sakinləri öz hesablarına açdıqları bulağın açılışına qatılmağı belə özünə rəva bilməyib. Əvəzində həftə sonlarını Bakıda yaxşı vaxt keçirməyi bacarır”.