Nərimanovda güləkmə kampaniyası keçirildi
- 10-05-2017, 14:12
- 53 634
Nərimanov rayon İH-dən xalqxeber.az-a daxil olan xəbərə görə, rayonun rəhbərliyi, ziyalılar, sakinlər və paytaxtımızın qonaqlarının böyük coşqu ilə qatıldığı tədbirdə Nərimanov rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri tərəfindən mövcud yaşıllığa qulluq edilib, ətraf ərazi təmizlənərək minlərlə mövsümi dekorativ güllər əkilib.
Qeyd edək ki, rayonun bütün idarə və müəssisələrində bu cür aksiyaların keçirilməsi təşkil olunub.
Eyni zamanda rayonun küçə və prospektlərində abadlıq-bərpa işləri aparılaraq müxtəlif növ ağac və kollar əkilib.