Prezident və ailə üzvləri yas mərasimində

Gündəm

Heydər Məscidində akademik Rəfiqə Əliyevanın yas mərasimi keçirilir.

xalqxeber.az xəbər verir ki, mərasimdə prezident İlham Əliyev, Birinci vitse – prezident Mehriban Əliyeva, dövlət və hökumət nümayəndələri, mərhumun ailə üzvləri iştirak edir.

Xatırladaq ki, 85 yaşında vəfat edən Rəfiqə Əliyeva prezident İlham Əliyevin bibisi, məşhur modelyer Fəxriyyə Xələfovanın anasıdır.