Mədət Quliyev sağlam həyat tərzindən danışdı

Gündəm

"Bakı Marafonu xalqımız üçün çox vacib tədbirdir".
xalqxeber.az xəbər verir ki, bu sözləri marafonda iştirak edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev deyib.
O bildirib ki, hamı kimin qalib gələcəyi haqda danışır: "Mən deyərdim ki, ümumiyyətlə, xalqımız qalib gəlib. Hər kəs çalışmalıdır ki, sağlam həyat tərzi keçirsin".
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev isə hər kəsə uğurlar arzulayıb:
"Bu tədbir sağlam həyat tərzinin təbliğatıdır. Biz də iştirak edərək dəstəyimizi göstəririk".