XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » "Qarabağda Azərbaycanın qaydaları işləyəcək” - Nöqtə qoyuldu!

"Qarabağda Azərbaycanın qaydaları işləyəcək” - Nöqtə qoyuldu!

"Qarabağda Azərbaycanın qaydaları işləyəcək” - Nöqtə qoyuldu!
13-11-2020, 11:57

İşğaldan azad edilmiş torpaqlarla bağlı məlum bəyanatın ən mübahisəli məsələrindən biri ora yerləşdirilən sülhməramlı qüvvələrin kimlərdən ibarət olmasıdır. Rusiya rəsmiləri orada ancaq rusların olacağını deyir. Türkiyə isə bildirir ki, adını “vasitəçi” qoyan dövlətlə bərabər hüquqlara malik olacaq. Amma rus sülhməramlıları istənilən halda orda olacaq.

“ Kreml Qarabağda rusiyalılarla birlikdə türk sülhməramlılarının yerləşdirilməsi ilə bağlı danışıqların aparıla biləcəyini istisna etmir, lakin bu günə qədər bu mövzu müzakirə olunmayıb”.- Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə məsələ ilə bağlı danışarkən bunları deyib.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov mübahisəli məsələnin detallarını “Sherg.az”a şərh edib:

“Türkiyə nəzarət məqsədilə yaradılmış xüsusi mərkəzdə təmsil olunacaq. Amma sülhməramlıların tərkibində türk silahlı qüvvələrinin nümayəndəsi olmayacaq. Sadə dillə desək, rus hərbçiləri əllərində avtomat postlarda dayanacaqlar. Amma hansısa bir məqamda mütləq Türkiyə nəzarətçilərinin də rəyi nəzərə alınacaq”.

Ş. Ramaldanovun fikrincə, heç bir narahatlığa əsas yoxdur:

“Bəyanatın 9 maddəsinin hər biri Azərbaycanın maraqlarına uyğundur. Birincisi ərazi bütövlüyümüz təmin olunur. İkincisi isə erməni qoşunları oradan çıxarılır.

Qarabağda Azərbaycanın qaydaları işləyəcək, bizim dövlət strukturlarımız fəaliyyət göstərəcək. Bizimlə birlikdə yaşamaq istəyən isə ya vətəndaşlığımızı qəbul edəcək, ya miqrant həyatı sürəcək.

Sərhəd Xidməti, Gömrük Komitəsi kimi strukturlarda ancaq azərbaycanlılar olacaq. Rusiyanın yeganə funksiyası təhlükəsizliyi təmin etmək, yarana biləcək hansısa toqquşmanın qarşısını almaqdır. Həm də onlar sayca çox azdırlar və demək olar, yalnız yüngül silahlarla təmin ediliblər.

Onu da deyim ki, bu şərtlər sadəcə beş il müddətindədir. Beş il sonra, yəni vaxt bitəndə sənədi ratifikasiya etməyə bilərik”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.