Mustafa Şentop Ümummilli liderin məzarını, Şəhidlər xiyabanını və Bakı Türk şəhidliyini ziyarət etdi

Gündəm

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop bu gün Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

TBMM sədrini Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov müşayiət edib.

Daha sonra M. Şentop Şəhidlər xiyabanını və Bakı Türk şəhidliyini ziyarət edib.