Düşmən Gorusdan Azərbaycan ərazisini raket atəşinə tutdu - RƏSMİ
- 1-10-2020, 13:07
- 1 399
Müdafiə Nazirliyindən verilən məlumata görə, oktyabrın 1-də səhər saatlarında Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi atəşə tutulub. Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb.
Ermənistan tərəfindən tələb edirik ki, Azərbaycan ərazisinin atəşə tutulmasını dərhal dayandırsın və xəbərdar edirik ki, əks təqdirdə adekvat cavab tədbirləri görüləcək.