Anar Eyvazov: Ermənistanın yüksək rütbəli zabitləri məhv edilib
- 29-09-2020, 22:18
- 1 650
Bunu bu gün mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
A.Eyvazov vurğulayıb ki, Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdə gedən döyüşlərə cəlb edilən 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Koçaryan məhv edilib. Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının 9-ci alayının komandiri polkovnik Artyom Paqasyan isə ağır yaralanıb.