SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Fətullah Gülənə qarşı çıxan kim olub? – Əli Həsənovun 11 il sonrakı “etirazı”

Fətullah Gülənə qarşı çıxan kim olub? – Əli Həsənovun 11 il sonrakı “etirazı”

Tarix:

18-09-2020, 11:55

/ 1 160 dəfə oxundu.
Fətullah Gülənə qarşı çıxan kim olub? – Əli Həsənovun 11 il sonrakı “etirazı”

Prezidentin keçmiş köməkçisi Əli Həsənov Türkiyə mətbuatında FETO ilə əlaqələri barədə tirajlanan məlumatlardan narahat olub.

Yenisabah.az xəbər verir ki, həmin məlumatlar yerli mediada da dərc olunub. Əli Həsənov iddialara bu ilin fevral ayında dərc edilən bir yazı ilə cavab verib. Həmin yazıda qeyd edilir ki, Əli Həsənov 30 aprel 2009-cu ildə “Gülüstan” sarayında Fətullah Gülən şəbəkəsinin əsas təşkilatlarından biri olan Dialoq Avrasiya Platforması (DAP) və eyni təyinatlı “Dialoq Avrasiya” jurnalının Azərbaycanda 10-cu ildönümü münasibətilə “İslam mədəniyyəti və müasir dünyada dialoq” mövzusunda keçirdiyi tədbirdə təşkilatçıları və fətullahçı şəbəkəni ciddi tənqid edib.

Sözügedən yazıda həmin tədbirdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sabiq sədri Hidayət Orucovun, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, DAP-ın Azərbaycandakı təsisçisi və fəxri prezidenti, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, DAP-ın Azərbaycan Milli Komitəsinin sədri, millət vəkili Nizami Cəfərov, türkiyəli tarixçi, Topqapı muzey kompleksinin direktoru İlber Ortaylı Rusiya Şərqşünaslıq İnstitutunun direktoru, professor Rostislav Ribakov, DAP-ın Qazaxıstan rəhbəri, Qazax Yazıçılar Birliyinin sədri professor Nurlan Orazalin, DAP-ın Azərbaycan nümayəndəliyinin katibi Mustafa Saatçı və başqalarının da iştirak etdiyi bildirilir.

Məsələ burasındadır ki, Əli Həsənov bu barədə 11 il sonra danışmağa başlayıb. Halbuki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev həmin tədbiri yarımçıq tərk ediblər. Qüdrət Həsənquliyev bununla bağlı ayrıca bəyanat da yaymışdı. Həmin bəyanatda tədbirin tərk edilməsi orada Fətullah Gülənin təbliğ olunması ilə əlaqələndirilib. Əli Həsənov isə həmin vaxt susub. Bu barədə hər hansı açıqlama ilə çıxış etməyib. Onun paylaşdığı yazı isə vəzifəsindən azad edildikdən sonra FETO ilə əlaqələri barədə yayılan məlumatlara cavab olaraq hazırlanıb.

Əli Həsənovun FETO ilə əlaqəsi barədə hələ hakimiyyət daxilində “nurçu qalmaqalı” baş verəndə yazılırdı. Doğrudur, o zaman əsas hədəfdə Ramiz Mehdiyevin keçmiş köməkçisi Elnur Aslanov və onun yaxın ətrafı idi. Lakin Əli Həsənovun da “Gülən şəbəkəsi” ilə ilişgilərinin olduğu barədə məlumatlar var idi. Hətta iddia olunurdu ki, o, diqqəti yayındırmaq üçün nəzarətində olan media qurumlarına rəqib hesab etdiyi fiqurları FETO-ya bağlamaq tapşırığı verib.

Əli Həsənovun bu məsələyə həssas yanaşması, iddiaları dərhal cavablandırması, barəsində yazılmış müdafiə xarakterli materialı reklama qoyması onun ciddi narahatlıq içində olduğunu göstərir.

Ekspertlər hesab edir ki, Əli Həsənovun FETO ilə əlaqələri təsdiqlənərsə, onun həbsi qaçılmaz ola bilər.

Şərhlər

XƏBƏR LENTİ