Ukraynada Hikmət Cavadovun rəhbərliyi ilə Eldar Həsənovun müdafiəsi üçün təşkilatlanma gedir — ŞOK FAKTLAR
- 20-08-2020, 01:30
- 2 052
Daxil olan informasiyalarda qeyd olunur ki, Hikmət Cavadov Ukraynada Eldar Həsənovun hüquqlarının müdafiəsi istiqamətində genişmiqyaslı işlərə start verib. Belə ki, H.Cavadov regionçuluq kimi təhlükəli taktikadan istifadə edərək Ukraynada və ona yaxın ölkələrdə yaşayan, əslən Qarabağdan olan insanlara ismarıc göndərərək hamını Eldar Həsənovun müdafiəsi uğrunda təşkilatlanma və birləşməyə çağırıb. O, bunun üçün Azərbaycandakı və xaricdəki qüvvələrdən tapşırıq aldığını bildirib. H.Cavadov hətta,kriminal qruplaşmaların nümayəndələrini bu işlərə cəlb edib. Bu çağırışa qoşulanlar içərisində AXC hakimiyyəti illərində Qarabağ regionunda müxtəlif vəzifələrdə (icra başçısı, hüquq mühafizə orqanları əməkdaşları və biznesmenlər) və digər şəxslərə rast gəlmək olar.
H.Cavadovun digər əməlləri barədə araşdırmalarımız davam edir. Yaxın müddətdə araşdırmalarımızın nəticələri ilə tanış olacaqsınız.
Qarşı tərəflərin cavab haqqını tanıyırıq.
Ardı var….
Adekvat.az