XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Deputat Ağalar Vəliyevin oğlu Gürcüstanda ərazini qanunsuz zəbt edibmiş - FOTO

Deputat Ağalar Vəliyevin oğlu Gürcüstanda ərazini qanunsuz zəbt edibmiş - FOTO

Deputat Ağalar Vəliyevin oğlu Gürcüstanda ərazini qanunsuz zəbt edibmiş - FOTO
21-07-2020, 11:09

Şəkildə gördüyünüz bu ərazini (Gürcüstanın Kabuleti şəhəri) 3 il əvvəl Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevə məxsus "Kristal Building" LTD hərrac vasitəsilə 2.5 milyon lariyə (o zamankı valyuta kursu ilə təxminən 1 milyon dollar) satın almışdı. Ərazi 2017-ci ildə, Zərdab Pataradze Acarıstan Muxtar Respublikasına rəhbərlik edən dövrdə satılıb. 2018-ci ildə cənab Patatadze Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin olunur. 2019-cu ildə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti korrupsiya ehtimalı əsasında sözügedən hərracla bağlı təhqiqata başlayır, sənədlər araşdırılmağa başlayır. O zaman "Rustavi 2" kanalı məlumat yaymışdı ki, DTX-ya Acarıstanın yeni rəhbəri Tornike Rizhvadze müraciət edib. Məlum olub ki, hərrac yolu ilə "Kristal Building" LTD-yə yaşıl zolaqda göydələn tikintisi üçün 3 hektar ərazi satılsa da, 4 hektar ərazi hasarlanıb. Yəni qanunsuz olaraq 1 hektar əlavə ərazi zəbt olunub. Buna görə ərazidə tikintinin davam etdirilməsinə icazə verilməyib”.
Pravda.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
C.Həsənli qeyd edib ki, söhbət 200 milyon lari investiya yönəldilən 117 metr hündürlüyündə 33 mərtəbəli otelin tikintisindən gedir: “Kompleksdə Kabuletinin ən böyük kazinosu də nəzərdə tutulur”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Deputat Ağalar Vəliyevin oğlu Gürcüstanda ərazini qanunsuz zəbt edibmiş - FOTO


XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.