XİN əməliyyatı AZAL-a qədər uzana bilər – Faiq Bağırovun saxlanılması bu ehtimalı qüvvətləndirir
- 10-07-2020, 18:52
- 1 648
Ovqat.com xəbər verir ki, sosial şəbəkələrdə Faiq Bağırovun AZAL prezidenti Cahangir Əsgərovun adamı, hətta yaxın qohumu olduğu xəbəri yayılıb.
İddialara görə, AZAL rəhbəri ona “bacı oğlu”, o isə himayədarına “dayı” deyirmiş.
Viza xidmətlərinin AZAL-la birbaşa əlaqələrinin olduğunu və Cahangir Əsgərovun yarıtmaz fəaliyyətinin son vaxtlar media qurumlarında geniş müzakirəyə çıxarıldığını nəzərə alsaq, bugünkü həbsin təsadüfi olmadığı qənaəti meydana çıxır. Ehtimal olunur ki, XİN-də başlayan əməliyyat AZAL-a qədər uzana bilər.