Baş Prokurorluq polisimizi BELƏ TƏBRİK ETDİ - VİDEO
- 1-07-2020, 16:26
- 1 673
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında aparılan mütərəqqi islahatlar nəticəsində, dövlətçiliyin möhkəmləndirilməsində, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlıqla mübarizədə müstəsna xidmətləri olan Daxili İşlər Nazirliyi orqanları bu gün nüfuzlu dövlət təsisatına çevrilmişdir.
Azərbaycan Respublikasının prokurorluq orqanlarının kollektivi adından peşə bayramı münasibətlə Daxili İşlər Nazirliyinin şəxsi heyətini səmimi-qəlbdən təbrik edir, onlara məsuliyyətli, fədakar və şərəfli işlərində uğurlar arzu edirik.
Əlamətdar gün münasibətilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti tərəfindən hazırlanmış videoçarx təqdim olunur.
Həmin videonu təqdim edirik: