Sabiq deputat: “Əli Həsənov, evini yıxmadığın adam qalmayıb”
- 23-06-2020, 12:10
- 3 313
Pravda.az sabiq deputatın həmin fikirlərini təqdim edir:
"Ulu Öndərin hansı arxiv fotosuna baxırsan: yanında Vasiflə, Bəylər müəllimi görürsən. Özünü Heydər və İlham Əliyevin ən sədaqətli əsgəri adlandıran Əli Həsənov! Bəs sən hardasan?
O vaxtlar kimin yanındaydın?
Kimlərlə foto çəkdirirdin?
Heydər Əliyevlə ilk fotonun tarixi nə vaxta təsadüf edir?
Bəlkə yayımlayasan, baxaq. Bu gün paylaşdığın statusda qeyd edirsən ki, "bəzi saytlar sənə böhtan atır"; halbuki yazılanlar tam həqiqətdir. Trolların 100 müdafiə etsə də xeyri yoxdur. Özün bu ölkədə haqqında şər-böhtan yazıb ləkələmədiyin, evini yıxmadığın adam qalmayıb. Odur ki, "qaşığına çıxandan" niyə təəccüblənirsən ki? Sitatın Sonu".