Saxlanılan icra başçısının oğlu prokurorluq əməkdaşıdır - FOTO

Gündəm

Xəbər verdiyimiz kimi DTX əməliyyatçıları İmişli rayon İcra Hakimiyyətinin binasında axtarış aparıblar. Əməliyyat zamanı icra başçısı Vilyam Hacıyev və digər vəzifəli şəxslər saxlanılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, saxlanılan V.Hacıyevin oğlu Məhəmməd Hacıyev prokurorluq orqanlarında çalışır. Əvvəllər Qaradağ, Nərimanov rayon prokurorluqlarında çalışan M.Hacıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsndə fəaliyyətini davam etdirir.