Prezident İlham Əliyev Şəmkir rayonuna səfər edib

Gündəm

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Şəmkir rayonuna səfərə gəlib...
Dövlətimizin başçısı əvvəlcə Şəmkir şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.